Ermənilər şərti sərhəddə ağır texnika yığır

“Ermənistan tərəfi genişmiqyaslı təxribat törədir. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vermək üçün şərti sərhəddə ağır zirehli texnika, hücuma dair pilotsuz uçuş aparatları və döyüş qabiliyyətinə malik qüvvələri cəmləşdirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

Bildirilib ki, təxribatın və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan ordusu bütün lazımi tədbirləri görməlidir.

“Ermənistanın daxili və xarici siyasət məqsədlərinə çatmaq üçün müharibəyə başlamaq cəhdi erməni xalqına çox baha başa gələcək”, – deyə bildirlir..

Qeyd edək ki, üç hərbi qulluqçumuz yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az