Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ötən gün keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycanla dediyi sözlər birmənalı qarşılanmayıb.
XİN başçısı Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququnu inkar edib. Mirzoyanın ziddiyyətli bəyanatları müzakirələrə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvan rəsmisinin açıqlamalarına cavab verib. Rəsmi Bakı Ermənistanın tarixi saxtalaşdırdığını bildirib.
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Ararat Mirzoyan da digər erməni siyasi elita nümayəndələri kimi tarixdən xəbərsizdir:
“Arqumenti inkar etmək təsdiqin bir növüdür. Mirzoyan da iddiasını aqrumentləşdirmədən səsləndirir. Ermənistan xalqı tarix böyü köçəri toplum olub. Cənubi Qafqaza da sonradan köç ediblər. Bu ərazilərə yerləşən ermənilər yerli türk xalqarı ilə açıq qarşıdurmalar, müharibələr aparıblar.
Yaxın tarixə baxdıqda isə ermənilərin regiona gəlişinin tamamilə rusların təşəbbüsü və dəstəyi ilə olduğunu görmək mümkündür. Belə ki, Qacarlar və Osmanlı ilə aparılan müharibələrin nəticəsində sülh müqavilələrində ermənilərin regiona köçü bənd kimi salınıb. Məhz bundan sonra Cənubi Qafqazda demoqrafik vəziyyət o xalqın xeyrinə dəyişməyə başlayıb”.

Ramiyə Məmmədova
Politoloq bildirib ki, ermənilər özləri də boş dayanmayıb və köç etdikləri regionda qətliamlar törədiblər:
“Başqa böyük güclərin dəstəyi ilə regionda türklərə qarşı soyqırımlar edərək onları öz ata-baba yurdlarından didərgin salıblar. Sonuncu belə hadisə 1988-ci ildə baş verib, bu isə elə də uzaq bir tarix deyil. Lakin ermənilər Qərbi azərbaycanlıların doğma torpaqlarından çıxarılmasını sanki eramızdan əvvəl baş vermiş qeyri-müəyyən olay kimi təqdim etməyə çalışırlar. İşin tragikomik tərəfi – bunu edənlərin özləri yüz ildən artıq bir müddət əvvəl baş verdiyi iddia olunan, amma yaşandığı sübuta yetirilməyən “soyqırımıdan” dəm vururlar. Bu mənada Mirzoyanın da real nə isə deməsi gözlənilməməlidir”.
Rövşən Rza
Globalinfo.az














