Ermənilərə niyə razılıq verilmədi? – “Paşinyanın bir məqsədi var”

“Xarici dövlətlərin əsasən öz ölkələrinin maraqlarını irəli sürməyə çalışan liderlərlə problemi olur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin keçmiş müavini Mikayıl Naapetyan deyib.

“Ermənistanda hakimiyyətin yalnız bir məqsədi var, vəzifələrini qoruyub saxlamaq. Buna görə də, İrəvan hökuməti üçün xarici oyunçuların tələb etdikləri hər şey qəbul olunandır. Hazırkı hakimiyyət Ermənistanın xoş sözlərlə hissə-hissə mübadiləsini aparır. Bu səbəblə Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması indi hər kəsə sərf edir”, – o bildirib.

Naapetyan həmçinin Paşinyana qarşı etirazların niyə uğursuz olmasına da aydınlıq gətirib:

“Problem budur ki, bütün hərəkatlar etiraza başlamaq üçün xarici qüvvələrin razılıq verməsini gözləyiblər. Lakin buna hər hansı sadə səbəbə görə şərait yaradılmayacağını anlamırlar. Çünki xarici qüvvələri indiki status-kvo qane edir”.

Əliyar Xəlil
Globalinfo.az