Ermənilərdən Rusiyaya qarşı daha bir həmlə

Ermənistanda Rusiyaya qarşı növbəti mitinq keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Milli Demokratiya Qütbü Partiyası yayıb.

Məlumata görə, mitinq yanvarın 11-də İrəvanda təşkil ediləcək. Azadlıq meydanından başlayan mitinqin Rusiya səfirliyinin qarşısında yekunlaşacağı vurğulanıb.

Qeyd edək ki, dünən eyni partiya Rusiya əleyhinə mitinqi Gümrüdəki 102-ci bazanın qarşısında təşkil etmişdi. Aksiya nəticəsində 100-ə yaxın etirazçı saxlanılmışdı.

Zaira Akfiqızı
Globalinfo.az