Ermənilər son əməliyyatda neçə itki verib?

Sentyabrın 19-20-də Qarabağda keçirilən aniterror əməliyyatları nəticəsində 181 erməni hərbçi ölüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.

Qanunsuz silahlı birləşmələrin 11 separatçısının itkin düşdüyü iddia edilir.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası antiterror əməliyyatından sonra 173 nəfərin meyitinin Ermənistana verildiyini açıqlayıb. Nəzərə alaq ki, əməliyyatlar zamanı ermənilər xeyli əsgərin meyitlərini özlərini basdırmışdılar. Bu o deməkdir ki, açıqlanan rəqəm (181) reallığı əks etdirmir.

Əliyar Xəlil
Globalinfo.az