Ermənilərdən Laçın yolu haqda RİSKLİ ADDIM: Yanvarın 15-də bunu edəcəklər – VİDEO


11:24

Ermənistanda Rusiya əleyhinə yeni mitinqin anonsu verilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın ultrasağçı Milli Demokratiya Qütbü Partiyası yayıb.

Partiya yeni mitinqi yanvarın 15-də Gümrüdə 102-ci bazanın qarşısında keçirəcəyini bildirib. Budəfəki aksiyada da Gümrü bazasını mühasirəyə almağa çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, Milli Demokratiya Qütbü keçən həftə 102-ci bazanın qarşısında mitinq təşkil etmişdi. Nəticədə 100-ə yaxın şəxs həbs edilmişdi. İrəvanda mitinq təşkil edən partiya Rusiyanı Ermənistanı tərk etməyə səsləmişdi.

Milli Demokratiya Qütbü Partiyası ultrasağçılar və anti-Rusiya tərəfdarlarından təşkil olunub. Partiya Ermənistan hakimiyyəti tərəfindən gizli dəstəklənir.

Milli Demokratiya Qütbü Partiyasının sözügedən addımı azərbaycanlı fəalların ekoloji terrora qarşı Laçın yolunda keçirdikləri dinc aksiyaya etiraz olaraq atdıqları bildirilir. Partiya Rusiya və Azərbaycan ərazilərindəki rus sülhməramlılarını hədəf seçib.

Aqşin
Globalinfo.az