Ermənilər Qarabağdan sonra oranı da boşaldırlar

“Artsax” sakinləri Tavuşu tərk edir: 13 gün ərzində 83 nəfər gedib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan yazıb.

“Fevralın 26-da Tavuş qubernatoru Hayk Qalumyan Qarabağdan Tavuşa köçən bir sıra insanları qəbul edib. Tavuşa Qarabağdan 2727 nəfər köçüb. Onların Tavuşda öz mənzilləri yoxdur, kirayədə və ya başqalarının evində yaşayırlar”, – Sərkisyan bildirib.

Qeyd edək ki, son vaxtlar Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən ərazilərinin boşaldılması haqqında məlumat yayılır. İddia olunur ki, buradakı bir çox dövlət orqanları fəaliyyətini dayandırır və nəticədə sakinlərin kütləvi köçü yaşanır.

Safura Bənnayeva
Globalinfo.az