trampp 900x600 1

ABŞ Prezidenti Donald Trampla jurnalist arasında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “PBS News” məlumat yayıb.

Bildirilib ki, jurnalist Ağ Ev rəhbərinə “Keçmiş prezident Co Baydeni Vaşinqtondakı silahlı insidentdə niyə günahlandırırsınız” sualını ünvanlayıb.

O, mətbuat konfransı zamanı şübhəlinin uzun illər CIA ilə sıx əməkdaşlıq etdiyini və qüsursuz yoxlamadan keçdiyini bildirib.

Tramp isə jurnalistə qəzəblənərək “Siz axmaqsınız” deyə cavab verib və bildirib ki, administrasiyası ölkəyə lazımi qaydada yoxlanılmadan daxil olan hər kəsi ölkədən qovacaq.

“Bu şəxs buraya aid olmayan minlərlə başqa insanla təyyarəyə minib və siz sadəcə axmaq olduğunuz üçün suallar verirsiniz”, – Ağ Ev rəhbəri deyib.

Donald Tramp həmçinin bəyan edib ki, ABŞ rəsmiləri keçmiş prezident Co Bayden dövründə ölkəyə daxil olan bütün Əfqanıstan vətəndaşlarını yoxlayacaq.

O, Ağ Evdəki atışmada şübhəli bilinən şəxsin ölkəyə 2021-ci ildə daxil olduğunu da qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: