Ermənilər Kirantsın simvolu olan heykəli sökdülər – FOTO

Ermənilər Kirantsın simvolu olan qartal heykəlini söküblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Kirants sakini Qohar Vardanyan məlumat yayıb.

O, faktı təsdiqləyən fotolar paylaşıb.

Sökülmə səbəbi kimi isə demarkasiya prosesinə uyğun olaraq bu ərazinin Azərbaycana verilməsi göstərilib.

Xatırladaq ki, sərhədin demarkasiyasından sonra Kirants kəndinin bir hissəsi Azərbaycana qaytarılıb.

Lakin ermənilər alternativ yol çəkdiklərindən hələ kənd tam boşaldılmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Müşviq Tofiqoğlu
Globalinfo.az