Ermənilər Gəncədəki bu görüntülərdən danışır – VİDEO

Ermənilər Gəncədəki bu görüntülərdən danışır - VİDEO

Ötən gün Gəncədə baş tutan MDB oyunlarının açılış mərasimində sərgilənən “Dəmir yumruq” şousu Ermənistan mətbuatında gündəm olub. 

Globalinfo.az xəbər verir ki, şou zamanı səhnədə böyük “dəmir yumruq” simvolu təqdim edilib və fonda 44 rəqəmi əks edilib.

Sözügedən görüntülər Ermənistan ictimaiyyətində müzakirələrə səbəb olub. Ermənilər bu şounun xüsusilə Gəncədə – 44 günlük müharibə zamanı dəfələrlə raket hücumlarına məruz qalan və insanların öldürüldüyü bir şəhərdə sərgilənməsinin ölkədəki revanşist meyilli qüvvələrə açıq mesaj olduğunu bildirirlər.

Erməni siyasi ekspert Tatev Ayrapetyan xalqını buna diqqət etməyə çağırıb.

Görüntünü təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az