Isxanyan son 12

“Məşhur bir deyim var: “Heç kim, heç nə unudulmur”. Bu fikir özlüyündə müharibə qəhrəmanlarının xatirəsini ehtiva etdiyi üçün müsbət məna daşıyır”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib.

“Ancaq gələcəkdə erməni xalqı bu sözləri mənfi mənada xatırlamalıdır. “Heç kim” 2020-ci ildə məğlubiyyətdən sonra Qarabağdan imtina edənlərdir, onlar bütün bunların müəllifidirlər: xaini dəstəkləmək, yaltaqlanmaq, əmrlərini yerinə yetirmək. Bunlar unudulmayacaq. Onların bütün fəaliyyətləri – danışıqlar, zorakılıq, məhkəmə prosesləri və s. də yaddan çıxmayacaq. Onların adları “şərəfsizlik sütunu” adlandırılan xüsusi reyestrə daxil ediləcək. Onların hər biri layiqli mükafat alacaq, hansı ki, bunlardan ən yüngülü “Şərəfsizlik sütunu” kitabında onların adlarının və portlərinin dərc edilməsi olacaq”, – A.İşxanyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: