İlham Əliyev və Paşinyan “Euronews”a müsahibə verdi – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə telekanalın tvitter hesabında məlumat verilib.

Azərbaycan Prezidenti müsahibə zamanı Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllində son vəziyyət və perspektivləri ilə bağlı sualları cavablandırıb.

“Qafqazda sülh?” başlığı ilə yayımlanacaq videomaterialda Ermənistanın baş naziri Nikol Paşinyanın da müsahibəsi təqdim ediləcək.

Qeyd edək ki, hər iki dövlət başçısının müsahibəsi bu gün axşam saatlarında “Euronews”  kanalında yayılmalanacaq.