Ermənilər Arazdəyəndə geri çəkildi: daha pis ssenari işə düşür

Ermənilər Arazdəyəndə geri çəkildi: daha pis ssenari işə düşür

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə tikdiyi metallurgiya zavodu sökülür.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, zavodun daha təhlükəsiz əraziyə köçürülməsi planlaşdırılır.

İddiaya görə, zavod Zod istiqamətinə köçürüləcək. Lakin bu birmənalı qarşılanmayıb. Çünki Zod da Azərbaycanla sərhəddə yerləşir və burada mütəmadi hərbi gərginlik olur.

Qeyd edək ki, rəsmi Bakı Arazdəyəndə iri metallurgiya zavodunun inşasının ekoloji problemlər yaratması səbəbindən yolverilməz olduğunu bildirir, işlərin dərhal dayandırılmasını tələb edirdi.

Tamerlan Yayaqan
Globalinfo.az