Erməni saytları türk hakerlər tərəfindən ələ keçirildi – FOTO

Erməni saytları türk hakerlər tərəfindən ələ keçirildi - FOTO

Hazırda Ermənistanın ən böyük xəbər saytları türk haker qrupu “Warriors” tərəfindən edilən kiberhücum nəticəsində bir-bir ələ keçirilir.

Globalinfo.az xəbər verir ki, “hack” edilən saytların ekranlarında Azərbaycan və Türkiyə bayraqları, onların aşağı hissəsində isə bozqurd nişanı görünür.

Bu saytların arasında ermənilən ən böyük onlayn media platformalarından olan “News Armenia” da var.

Haker qruplaşması ələ keçirdiyi saytların adları və məlumatlarını tək-tək tvitter hesabında paylaşır.

2022-ci ildə yaradılan qruplaşmanın əsas məqsədi Türkiyəyə qarşı hücumlara cavab vermək və türk hakerləri vahid platformada birləşdirməkdir.

Erməni lobbisinin “Atatürk” serialını “Disney Plus” platformasında yayımlanmasına mane olmasına cavab olaraq bu addımın atıldığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az