Eliyev ilham 12 900x506 1

Ermənistan mətbuatı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə “İlham, sən böyük lidersən” yazısı və imzası ilə fotoşəkillər göndərməsini tirajlayıb.

Globalinfo.az xəbər verir ki, erməni KİV məlumatı Prezident İlham Əliyevin X sosial şəbəkəsindəki paylaşıma istinadən yayıb.

Bildirilib ki, Ağ Ev rəhbərinin göndərdiyi fotolarda Tramp, Əliyev və Paşinyan ErmənistanAzərbaycan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sülh sazişini parafladıqdan sonra əl görüşüb və yanaşı dayanıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: