Erməni jurnalistdən Əliyevə: “Sizə təşəkkür edirəm!”

“44 günlük müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı və açıqlamalarını izləyir, çox bəyənirəm”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri ermən jurnalist Vaxtanq Siradeqyan deyib.

V.Siradeqyan Bakı və İrəvan arasında sabit sülhün mümkünlüyü qeyd etdiyi üçün İlham Əliyevə təşəkkür etdiyini bildirib:

“İlham Əliyevin çıxışları olmayanda demək olar ki, darıxıram. Çünki biz ölkəmizin və xalqımızın başına nələrin gələcəyini bizimkilərdən deyil, Azərbaycan rəhbərinin dilindən eşidirik. Adam bir neçə gün əvvəl növbəti dəfə sülh müqaviləsi ilə bağlı fikirlərini ortaya qoydu, Ermənistana qarşı dəfələrlə tələblər səsləndirdi. O, Ermənistanı Qərbi Azərbaycan adlandırdı və anklavlar məsələsini qaldırdı, Nikol Paşinyanın tələb etdiyi 29 800 kvadrat kilometr ərazini qeyd etmədi, Zəngəzur dəhlizinin açılmasını tələb etdi və s”.

V.Siradeqyan deyib ki, İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq Azərbaycan xalqı üçün daha çox işlər görməyə çalışır və görür:

“Ermənistanla Azərbaycan arasında sabit sülhün mümkünlüyündən yenidən danışan İ.Əliyevə buna görə təşəkkür edə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az