Erməni hərbi ekspert: “Yeni müharibənin astanasındayıq”

“Biz yeni müharibənin astanasındayıq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

O, Paşinyanın son müsahibəsini şərh edərkən bunun məntiqi sonluğunun yeni müharibə, ərazi və insan itkiləri olacağını deyib:

“Müharibənin qarşısını almaq üçün KTMT ilə münasibətləri dondurmaq yox, Ermənistan-Rusiya alyansının bütün hərbi-siyasi resurslarından istifadə etmək lazımdır. Ermənistana sürətlə silah və hərbi qüvvə gətirməyə ehtiyac var. Bundan başqa, İran tərəfinin silah tədarükündən tutmuş, digər bütün təkliflərə qədər bütün məqbul variantları qəbul etməliyik”.

Erməni hərbi ekspertin fikrincə, İrəvan ölkənin müdafiəsini imitasiya edir. Buna görə də Azərbaycan istədiyinə nail olmağa çalışır: 

“Söhbət Rusiya və İran faktorundan gedir. Bu iki ölkə ilə münasibətlər nizamlansa, böyük fəlakətin qarşısını almaq olar”, – Camalyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az