904z509 Volodimir Zelenski 1710

Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyi korrupsiya qalmaqalı səbəbindən risk altındadır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Spectator” nəşrinə ölkə hökumətinin üzvləri məlumat veriblər.

Məlumata görə, Milli Antikorrupsiya Bürosunun (NABU) Ukraynanın yüksək siyasi elitasında aparılan 15 aylıq korrupsiya araşdırması prezidentin yaxın çevrəsi ilə bağlı ciddi suallar yaradır.

Qeyd olunur ki, müstəqil antikorrupsiya qurumları ilə Zelenskinin şərikləri arasında toqquşmanın qaçılmaz olduğu vurğulanır.

Nəşr həmçinin qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti prezidentin müdafiəsinə qalxa bilər, lakin NABU və ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə prokurorluğu Avropa və ABŞ hökumətlərindən siyasi və maliyyə dəstəyindən istifadə edərək qarşı tərəfdə olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: