“Artıq suallarınla məni narahat edirsən, incidirsən. Lazımsız suallar verməyin”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan parlamentdə keçirilən iclasdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistin “Baş nazir Nikol Paşinyanın Voskeparda “torpaqları təhvil verməsək, müharibə olacaq” bəyanatını necə başa düşürsünüz?” sualına Asryan belə cavab verdi: “Biz torpaq verən deyilik”.















