“Rusiya olmasaydı, Ermənistan olmazdı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.
“Xalqımız bilməlidir ki, Rusiya olmasaydı, nə birinci, nə üçüncü respublika olardı. Hətta erməni quberniyası belə olmazdı. Öz tarixini unutmaq olmaz. Necə oldu ki erməni quberniyasından Ermənistan SSR yaradıldı? Necə oldu ki, sonra müstəqil Ermənistan dövləti yarandı? Bizi silirdilər və indi də silə bilərlər. Biz ermənilər anlamalıyıq ki, biz kimik”, – A.Karapetyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az














