Erməni general azadlığa buraxıldı

Erməni general azadlığa buraxıldı

Bir müddət əvvəl həbs olunan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, erməni general 5 milyon dram girov müqabilində azadlığa çıxıb.

T.Xaçatryan jurnalistlərə bildirib ki, ölkədən çıxması qadağan edilib:

“Qərardan çox razıyam, lakin bu, hələ son deyil. Baş verənlərdən sonra belə bir qərarın verilməsini gözləyirdim. Məhkəmə davam edir, təfərrüatları açıqlaya bilmərəm. Amma ifadəmdə təqsirsiz olduğumu bildirdim. Əslində, saxlanılmağımın arxasında siyasi səbəblər dayanır”.

Xatırladaq ki, general T.Xaçatryan bir müddət öncə xuliqanlıqda ittiham olunaraq saxlanılmış, daha sonra həbs edilmişdi. O, baş nazir Nikol Paşinyana müxalif mövqeyi ilə tanınır.

Ayşən Mustafa
Globalinfo.az