Erməni deputatdan həyasız təklif: “Qarabağda antiböhran idarəçiliyi tətbiq edilməlidir”

“Nə qədər çətin olsa da, Qarabağda antiböhran idarəçiliyi ondan irəli gələn addımların ardıcıllığını müəyyən etməklə həyata keçirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni deputat Tiqran Abramyan deyib.

“Hər gün ortaya çıxan problemlərin həlli yollarını tapmaqla yanaşı, nə qədər mürəkkəb olsalar da, qısa və orta müddətli perspektivdə problemlərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi lazımdır.

Demək istəmirəm ki, bu, asanlıqla qərara alına və ya planlaşdırıla bilən hərəkətlərin və tədbirlərin siyahısını nəzərdə tutur. Lakin siz hakimiyyətdəsinizsə, deməli, istər dinc, istərsə də hərbi şəraitdə bunu həyata keçirməyə borclusunuz.

“Qarabağdakı “hakimiyyət” həll yolunu görmürsə və ya artıq öz daxilində təslim olubsa, bu o demək deyil ki, proseslər ətalətlə getməlidir.
Yenə deyirəm, reallıq nə qədər sərt olsa da, dövlətin birinci vəzifəsi vəziyyəti mümkün qədər idarəolunan etməkdir”.

Ayşən Mustafa
Globalinfo.az