Erməni deputat üzr istədi

Ermənistanın “Mülki müqavilə” partiyasının üzvü Ovik Ağazəryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətdən üzr istəyib.

Globalinfo.az xəbər verir ki, erməni deputat millətin yerinə utandığını bildirib:

“Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm” – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az