Erməni deputat: “İrəvan ermənilərin Qarabağda məğlub olmasını gözləyir”

“Ermənistan hökuməti həsrətlə Qarabağdakı ermənilərin “mübarizəni” dayandırmasını gözləyir ki, Azərbaycanın nəzarəti orada bərpa olunsun”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Bu günə kimi heç bir xarici ölkədən, hətta Ermənistan hökumətindən də Xankəndiyə ciddi dəstək görə bilmədik. İrəvan da Qarabağdakı ermənilərin geri addım atmasını gözləyir ki, hökumətin bu məsələdə çarəsiz olduğunu əsas gətirərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına dair bəyanatı qəbul etsinlər. Hökumətin hədəfi budur” -deyə, Abramyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az