Viktorinin dediyi “sərhədyanı yaşayış məntəqələri” hansı ərazilərdir?

“Ümid edirəm ki, tezliklə ərazi bütövlüyünə qarşılıqlı hörmət edəcəyik. Bu isə qoşunların çıxarılmasını nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Andrea Viktorin deyib.

“Delimitasiya olmalıdır. Brüsseldə bu müddəa dəqiq ifadə edilib”.

Viktorin “sərhədyanı yaşayış məntəqələri” dedikdə bu ərazilərin eksklavlar olub-olmamasına aydınlıq gətirməyib.

Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycana məxsus hərbi birləşmələr yoxdur.

İlkin Həsənov
Globalinfo.az