Erməni deputat: “Bir neçə nəfəri oğurlayıblar, girov saxlayırlar”

“Hazırda etirazlarda iştirak edən bir neçə nəfəri oğurlayıblar, onlar istintaq şöbəsində girovluqda saxlanılırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan blokundan olan deputat Qeqam Manukyan deyib.

“Həmkarım Arman Qazaryan və vəkillərimlə Vayots Dzor istintaq idarəsindəyəm. Hansı ki, burada bir neçə vətəndaşı, o cümlədən qadınları girov saxlayırlar. Onlar vəkillərə vətəndaşların hüquqlarını qorumağa imkan vermirlər, heç bir məlumat da açıqlamırlar”, – deyə  Manukyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az