Erməni akademikdən Azərbaycan Ordusu haqda ETİRAF

“Ermənistanın anti-Rusiya addımları ciddi deyil, çünki İrəvan Moskvadan çox asılıdır. Rusiyaya qarşı ciddi addım atılarsa, ölkəmizdə sabitlik pozulacaq. Əgər Rusiya hərbi bazasını çıxarmağa cəhd etsələr, vəziyyət çətinləşəcək. Ermənistan iqtisadi səbəblərdən buna getməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni akademik Ruben Safrastyan deyib.

O bildirib ki, Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarət sazişi imzalamaq təklifinə gəlincə, bu, mümkün deyil:

“Biz sadə bir həqiqəti başa düşməliyik – söhbət güclü və zəif tərəfdən gedir. Azərbaycan güclü tərəfdir, Ermənistan isə zəif. Bu, reallıqdır. Bir neçə gün öncə “Global Fire Power” müxtəlif ölkələrin silahlı qüvvələrinin reytinqi ilə bağlı təhlilləri dərc etdi. Bu reytinqdə 145 ölkə arasında Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdədir. Bir sözlə, 2024-cü ildə verilən məlumata görə, Ermənistan Azərbaycandan iki dəfə geri qalır. Buna əsaslanaraq ilk növbədə böyük müharibədən qaçmaq lazımdır, çünki vəziyyət düşündüyümüzdən də mürəkkəbdir”.

Zaira Akifqızı
Globalinfo.az