Ordumuz gücləndirilir: bizi fəlakət gözləyir – Nahapetyan

“Qərb Ukraynadakı məğlubiyyətini qəbul edə bilmədiyi üçün Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Ekspert Ermənistan Müdafiə Nazirliyinin ordu üçün NATO standartlarına uyğun yeni formalar sifariş verməsini “Qərbin diktəsi” adlandırıb:

“Hakimiyyət ordunu tamamilə dəyişdirir. Bu, sadəcə formalara aid deyil, hərbi akademiyalar, təlim mərkəzləri və hərbi hissələrdə hər şey NATO standartlarına uyğunlaşdırılır. Hazırda bu təşkilata üzv olan, ya da əməkdaşlıq edən 60-a yaxın ölkə Rusiyaya Ukraynada məğlub olur. Biz isə bu məğlub birliyə qoşulmağa çalışırıq.
Qərarı Ermənistan deyil, Qərb verir. Çünki məqsəd Cənubi Qafqazda üç ölkənin ordusunu yenidən qurub Rusiyaya qarşı birləşdirməkdir. Lakin ən böyük ağrını biz yaşayacağıq. Ermənistan Ukrayna və Gürcüstanın taleyinə məhkum olacaq”.

Ayşən Mustafa
Globalinfo.az