Ərəblər “Qalatasaray”ın planını pozacaq?

Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu PSJ-nin forvardı Mauro İkardini heyətinə cəlb etmək istəyir.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, başa çatan mövsümü “Qalatasaray”da icarədə keçirmiş argentinalı ərəb klubuna da eyni şərtlərlə yollana bilər. Hazırda “Əl-Taavun” rəhbərliyi PSJ ilə bu yöndə danışıqlar aparır. Bu barədə “FootMercato” məlumat yayıb.

İstanbul təmsilçisi də argentinalı forvardı heyətinə qatmağa çalışır.

İkardi 2022/2023 mövsümündə “Qalatasaray”ın heyətində 26 oyunda 23 qol vurub və 8 məhsuldar ötürmə edib.