Elmar Məmmədyarovun səhvi mübahisə doğurdu – Özü danışdı

AFFA İcraiyyə Komitəsinin üzvü olan sabiq nazir Elmar Məmmədyarov yeni mövsümdə Azərbaycan Premyer Liqasında 12, qurumun baş katibi Elxan Məmmədov isə 10 komandanın oynayacağını açıqlayıb. Mövzu ilə bağlı iki fərqli versiyanın səslənməsi idman ictimaiyyətində müzakirələrə səbəb olub.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az E.Məmmədyarovla əlaqə saxlayıb.

Sabiq nazir Premyer Liqada 12 komandanın çıxış edəcəyini bildirib:

“Artıq 12 komandanın oynayacağına dair qərar qəbul olunub ki, bura “Araz Naxçıvan” və “Zaqatala” da daxildir. Bu, məndə olan məlumatdır. Hətta bu baxımdan Naxçıvanda “VAR” sisteminin qurulması da müzakirə olunurdu”.

Globalinfo.az AFFA ilə də əlaqə saxlayıb. Qurum E.Məmmədyarovun iddiasını təkzib edib:

“Premyer Liqada 10, ikinci divizionda isə 12 komanda olacaq. Ola bilər, Elmar müəllim liqaların adlarında yanlışlığa yol verib. İkinci divizion növbəti mövsümdən təsis olunacaq”.

Zaira Akifqızı
Globalinfo.az