Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, görüş 2 saata yaxın davam edib.
Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.
*** 19:43
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı şəxsən salamlayıb.
Rəsmi danışıqlardan əvvəl liderlər bir-biri ilə səmimi görüşüblər.
Trampın bu jesti onun türkiyəli həmkarı ilə xüsusi münasibətlərinin simvolu və Vaşinqtonla Ankara arasında dialoqun vacibliyini vurğulamaq istəyi kimi də dəyərləndirilə bilər.
Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Ağ Evə ilk səfəridir.














