Soçidə Ərdoğanla Putin arasında görüş keçirildi – YENİLƏNİB

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında təkbətək görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, Putin-Ərdoğan danışıqları ümumilikdə 3 saata yaxın davam edib.

***16:00

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, müzakirələr 1 saat yarım davam edib.

***14:18

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, Putin-Ərdoğan danışıqları Soçidə keçirilir.

***13:40

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib.

Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə səfər edib.

Putin-Ərdoğan danışıqlarının Moskva vaxtı ilə saat 13:00-da başlayacağı bildirilib.

***12:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.

Globalinfo.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə müzakirəni planlaşdırır. Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq. Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cevdet Yılmaz, İstanbulun valisi Davut Gül yola salıb. Onu Türkiyənin xarici işlər naziri Hakan Fidan, texnologiya naziri Mehmet Fatih Kaçır və başqa rəsmilər müşayiət edib.

Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Avqustun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H.Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. İnformasiyaya əsasən, sammitin gündəliyinin ən əsas məsələsi “Taxıl sazişi”dir.

***09:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbələr məlumat verib.

İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə danışmağı planlaşdırırlar.

Məlumata görə, BMT-nin əsas şərtlərindən biri Avropanın Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.

Avqustun 31- də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H. Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi.