KİV: Ərdoğanla Əsəd Moskvada görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti jurnalist Çətinər Çətinə istinadla məlumat yayıb.

O, görüşün Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyini vurğulayıb.

Nəşrin məlumatına görə, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.

“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq”, – deyə Çətin qeyd edib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.