Əmirbəyov Niderlandın deputatları ilə görüşdü

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Niderlanda səfəri çərçivəsində bu ölkədəki siyasi partiyaların deputatları ilə görüşlər keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Tvitterdə paylaşımda bildirib.

Səfir Azərbaycan və Niderland arasında əməkdaşlıq və regional məsələlər ətrafında konstruktiv fikir mübadiləsinə görə deputatlara təşəkkür edib.

Görüşlər “Demokratlar 66” Partiyasının koalisiyasına daxil olan hakim “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”nın, həmçinin “Volt”, “DENK”, “Niderlandın maraqları naminə” partiyalarının nümayəndələri və “Ja21” partiyasından olan senatorla keçirilib.