Ərdoğanla Əsəd görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında görüş baş tuta bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu, şərtlər uyğun olduğu halda baş tuta bilər.

Akar əlavə edib ki, Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin Moskva görüşü zamanı miqrantlar və terrorla mübarizə məsələlərində razılıq əldə olunub.

Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Rusiyada səfərdə olublar. Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin üçtərəfli görüşü keçirilib.