Ərdoğanın rəqibi Putinlə görüşür- Özəldən iddialı açıqlama

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl tezliklə Rusiyaya səfər edəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Özəl bu açıqlamasını türkiyəli jurnalist Fatih Altaylıya müsahibəsində deyib. O, səfərin gələn həftələrdə baş tutacağını bildirib. Özəl səfər zamanı Putinlə görüşəcəklərini deyib.

CHP lideri həmçinin Çin, Brazilya və Avropa ölkələrinə də səfər edəcəklərini deyib.

Qeyd edək ki, Özəl seçki kampaniyası dövründə Rusiyanı sərt tənqid etmişdi. O, Moskvanın seçkilərə müdaxilə etməyə cəhd etdiyini açıqlamışdı.

Özəl həmçinin bundan öncəki günlərdə Azərbaycana səfər edib, prezident İlham Əliyevlə görüşəcəyini desə də bu istiqamətdə hər hansı addım gerçəkləşməyib.

Əliyar Xəlil
Globalinfo.az