Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makronun BMT-dəki qısa dialoqu gündəm olub.
Globalinfo.az xəbər verir ki, liderlər təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında salamlaşıblar.
Bu zaman Ərdoğan fransalı həmkarından necə olduğunu soruşub.
Suala cavab olaraq, Fransa prezidenti yaxşı olduğunu söyləyib. Ardınca Ərdoğan “Onun da yaxşı olduğu vaxtlar olur”, deyərək zarafatlaşıb.
Sözügedən görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az














