Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti dünya mediasının diqqət mərkəzində olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Milliyet” yazıb.
Zirvəyə 35 ölkənin rəhbərləri qatılıb. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi zirvəyə həmsədrlik edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyəni təmsil edib.
Tədbir çərçivəsində Ərdoğan, Tramp, Sisi və Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Sani Qəzza üçün “Niyyət Bəyannaməsi”ni imzalayıblar. Bu addım bölgədə davamlı sülh üçün əhəmiyyətli bir mesaj kimi qiymətləndirilib.
Sazişin imzalanması dünya mediasında geniş yer alıb. Beynəlxalq xəbər agentlikləri və qəzetlər, o cümlədən BBC, Al Jazeera, The Guardian və CNN atəşkəs və sülh təşəbbüsünü birinci səhifələrində işıqlandırıb.
Dünya mətbuatında yer alan görüntülərdən biri də Türkiyə lideri R.T.Ərdoğanın sammitdə çəkilmiş fotosudur.
Tahir Turan
Globalinfo.az














