Ərdoğanı Kazanda gözləyirəm – Putin

Ərdoğanı Kazanda gözləyirəm - Putin

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Kremldə görüşü zamanı Putin  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində gözlədiyini bildirib.

“Oktyabrın 23-də Ərdoğanla ikitərəfli görüş planlaşdırılır. Bu yaxınlarda cənab Ərdoğanla Astanada görüşdük. Oktyabrda Kazanda, BRİKS sammitində yenidən ayrıca görüşəcəyik”.

Rusiya prezidenti Türkiyə ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

“Türkiyə ilə Rusiya arasında əlaqələr demək olar ki, bütün sahələrdə (istər iqtisadi, istərsə də sosial) çox uğurla inkişaf edir. Ümumiyyətlə, biz mehriban qonşuyuq və xalqlarımızın, ölkələrimizin rifahı üçün çalışırıq. Elə məsələlər var ki, bizim xüsusi diqqətimizi tələb edir. İndi biz bütün bu sahələr üzrə çox qısa fikir mübadiləsi aparacağıq”, – deyə Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az