Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan onun bu qərarı almasında Azərbaycan faktoru haqqında paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə toplumunda müsbət obrazı olmayan Nagehan Alçı adlı jurnalistin ittihamına cavab verən Oğan bu kimi iddiaların məqsədi Türkiyədə Azərbaycana qarşı ictimai rəy yaratmaq olduğunu qeyd edib.
“Məqsədinizin Azərbaycan Prezidentinin Türkiyənin daxili siyasətinə qarışdığını iddia edib Türkiyədə Azərbaycana qarşı bir cəbhə yaratmaq olduğunu bilmədiyimizi zənn edirsiniz! Azərbaycana giriş qadağanızın acısı keçməyib, deyəsən!” – deyə o vurğulayıb.
Nagehan hanım herkes gibi siz de benim geçmişi kurcalayıp suçlayacak bir şey bulamayınca şimdi de kendi hayal ürününüzü mü satmaya başladınız? Amacınızın Azerbaycan cumhurbaşkanının Türkiye’de iç politikaya karıştığını iddia edip Türkiye’de Azerbaycan karşıtı bir cephe oluşturmak… https://t.co/lz5NY6Vu29
— Dr. Sinan Oğan (@DrSinanOgan) May 24, 2023