“Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ terrorundan danışarkən deyib.
“TUSAŞ-da törədilən terror aktı, “Tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkəmizin suverenliyini, millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur. Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq, təhlükəsizliyimizi hədəfləyən heç bir dövlət və təşkilat öz hədəfinə çatmayacaq”, – Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az