Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Mütləq cəzalandıracağıq”

erdogan netanyahu yonetimi tum dunyayi felakete surukleme gayretinde cdty

Türkiyə jurnalında İslam peyğəmbərinin karikaturalarının dərc edilməsi təxribat və təhrikdir”.

Globalinfo.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, buna görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.

“Bu, iyrənc təxribat və yumor pərdəsi altında həyata keçirilən provakasiyadır. Polis və məhkəmə orqanlarımız bu nifrət yaradan cinayətlə bağlı dərhal tədbir gördü, jurnal müsadirə olundu, lazımi istintaq proseslərinə başlanıldı. Peyğəmbərimizi və digər peyğəmbərləri təhqir edənlər qanun qarşısında cavab verəcəklər. Biz bunu izləyəcəyik”, – Ərdoğan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az