Ərdoğan əhaliyə çağırış etdi

“14 May seçkilərinin dinc, sakit şəraitdə keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti rəcəb Tayyib Ərdoğan tvitter paylaşımında qeyd edib.

Seçkinin belə müsbət və demokratik şəraitdə keçdiyi, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Sevinirik ki, xalqımızın lütfü səslərin sayılmasında öz əksini tapır. Mən bütün dostlarımdan və həmkarlarımdan xahiş edirəm, nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularının yanında qalsınlar. Demokratiya naminə səs verən, seçkidə iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”-deyə, R.T.Ərdoğan bildirib.