Ərdoğan Zelenski ilə “Taxıl sazişi”nin uzadılmasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.

Bildirilib ki, telefon danışığı Zelenskinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı liderlər Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılması məsələsini müzakirə ediblər.

“Ukrayna Prezidenti Zelenskinin istəyi əsasında baş tutan telefon danışığı zamanı liderlər Qara dəniz Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı ətraflı müzakirələr aparıblar. Prezident Ərdoğan sülhün bərqərar olması üçün Türkiyənin gərgin səylər ortaya qoyduğunu bildirib”, – deyə açıqlamada qeyd olunub.