Ərdoğan Zelenski ilə bu məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası açıqlayıb.

Liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyət, İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki humanitar böhran da müzakirə edilib.

Ərdoğan bölgədəki münaqişəli proseslərin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.