İran səfiri: “Onların Cənubi Qafqazda olması fayda verməyəcək”

“Qərbin Cənubi Qafqazda mövcudluğu region ölkələrinə heç bir fayda verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali mətbuat konfransında deyib.

Səfir regiondakənar qüvvələrin burada ölkələrə xeyir gətirməyəcəyini bildirib:

“İranın Zaqafqaziya regionundakı qonşuları ilə sıx əlaqələri var. Biz qonşularımıza həmişə demişik ki, regiondankənar qüvvələrin olması maraqlarımıza uyğun deyil. Mövcud problemləri region ölkələri həll etməlidir”.

Ayşən Mustafa
Globalinfo.az