Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Görüş 2 saat 40 dəqiqə davam edib.
***14:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, Ukrayna lideri Türkiyə prezidenti ilə görüşmək üçün Ankaraya səfər edib.
Hazırda Türkiyə prezidentinin ofisində liderlər arasında müzakirə aparıldığı açıqlanıb.
Qeyd edək ki, bu gün İstanbulda ABŞ, Rusiya və Ukrayna liderlərinin bir aya gəlməsi planlansa da, Ağ Ev rəhbəri Donald Tramp və Kreml lideri Vladimir Putin danışıqlara qatılmaqdan imtina ediblər.
Ayşən Mustafa
Globalinfo.az

















