Ərdoğan və xanımı burada səs verdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan bələdiyyə seçkilərində səs veriblər.

Globalinfo.az xəbər verir ki, onlar Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə ediblər.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.