Sirr kimi saxlanırdı, üzə çıxdı: Ərdoğan seçki zamanı…

Türkiyədə keçirilən seçkilərdə Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın səs verəcəyi yer bəlli olub.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın İstanbulun Üsküdar rayonunda yerləşən Saffet Çebi məktəbində səs verəcəyini yazıb.

Qeyd edək ki, son günə qədər digər namizədlərin səs verəcəyi yer bilinsə də, Ərdoğanın bu hüququndan harada istifadə edəcəyi gizli saxlanılırdı.

Məlumat üçün bildirək ki, Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğanın Ankarada hansı səmtdə səs verəcəyi bir neçə gün əvvəldən məlum idi.

Aqşin
Globalinfo.az