dunyaca unlu abd gazetesinden skandal cikisi 19629746 3944 amp

ABŞ-ın İrana yeni hücuma hazırlaşdığına dair yayılan məlumatlar Yaxın Şərqdə gərginliyi artırıb.

Həmçinin İran daxilində müharibənin dayandırılmasını istəməyən qüvvələrin mövcud olduğu da iddia edilir. Məlumata əsasən, bu qruplar sülh prosesinin qarşısını almağa çalışır.

Globalinfo.az-a danışan politoloq Azər Qasımovun sözlərinə görə, İran ətrafında davam edən proseslərin elə bir mərhələsi başlayır ki, burada artıq tərəflərin real niyyətləri üzə çıxacaq:

“ABŞ Prezidenti Donald Trampıın müharibəni başlatmağa yaxın olduğu məqamda Qətər və Səudiyyə Ərəbistanının araya girərək prosesi müvəqqəti dayandırdığı deyilir. Əslində isə bunun Türkiyə tərəfindən, məhz xarici işlər naziri Hakan Fidan vasitəsilə həyata keçirildiyi bildirilir.

Məsələnin maraqlı tərəfi odur ki, İranla bağlı prosesdə Türkiyənin Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemlərinin qurulmasında iştirak etdiyi, Pakistanın isə Səudiyyə Ərəbistanına ordu və hərbi aviasiya (təxminən 5 min əsgər və 15 JF-17 təyyarəsi) yerləşdirdiyi iddia edilir.

Görünən odur ki, Tehran qarşı bu dəfə proseslər daha açıq şəkildə gedir. İranın raket və dronlarının qarşısının alınmasında Türkiyənin rol oynaya biləcəyi, Pakistanın da bu prosesə qoşulacağı ehtimal edilir. Bu isə münaqişənin daha da genişlənməsi deməkdir”.

az%C9%99r qasimov
Azər Qasımov

Politoloqun sözlərinə görə, Türkiyə burada silah tədarükçüsü kimi çıxış etsə də, qısa müddətdə ərəb ölkələrinin bu sistemləri tam mənimsəməsi çətin olacaq, ona görə də prosesin idarə olunmasında Ankaranın rolu həlledici ola bilər:

“Paralel olaraq Türkiyənin günahlandırılması ehtimalı da istisna edilmir. Çinin isə proseslərdən geri çəkiləcəyi iddia olunur. Bu ssenaridə İranın tək qalması ehtimalı gündəmdədir.

Müharibənin ikinci, daha dəqiq üçüncü mərhələsinin İran üçün dağıdıcı, hətta həlledici ola biləcəyi qeyd olunur. Eyni zamanda bu proseslərin regiondakı ərəb ölkələrinə də ciddi təsir göstərəcəyi bildirilir. Almaniyadan Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi də Türkiyəyə qarşı potensial risklərin artdığını göstərir. Bu ssenariyə əsasən, İran üçün belə bir qarşıdurma son mərhələ ola və bundan sonra regionda yeni güc balansı formalaşa bilər. Eyni zamanda İrandan kütləvi qaçqın axınının yaşanması ehtimalı da güclənir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: